Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AMB: Kart köçürmələri pulsuz olacaq

1 dəq
Paylaş:
AMB: Kart köçürmələri pulsuz olacaq

Kartdan karta ödənişlər üzrə Mərkəzi () tərəfindən rüsum nəzərdə tutulmur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kartdan karta ödənişlərlə bağlı tərəfindən hər hansı rüsum nəzərdə tutulmur: "AMB tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər".

O bildirib ki, hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax