Bakı şəhərinin bir sıra yollarında hazırda nəqliyyatın sıxlığı müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Heydər Əliyev prospekti (əsas yol), mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti (köməkçi yol), mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.