Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.