Teylor Svift və Travis Kelcenin toyuna dair şayiələr gündəmi zəbt edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dünyanın ən məşhur cütlüklərindən hesab olunan pop ulduz Teylor Svift və NFL oyunçusu Travis Kelcenin toy mərasimi ilə bağlı yayılan iddialar geniş müzakirə doğurub.
Məlumata görə, media və bəzi şəhər rəsmilərinin iddialarında tədbirin bu həftə ABŞ-nin Nyu-York şəhərində, “Madison Square Garden” arenasında keçirilə biləcəyi ehtimal olunur.
Bildirilir ki, mərasimin 2 iyulda başlayacağı, əsas toy mərasiminin isə 3 iyulda baş tutacağı barədə məlumatlar yayılıb. Cütlük 2025-ci ilin avqustunda nişanlansa da, hələlik rəsmi təsdiq verməyib.
Mənbələrin iddiasına görə, tədbir üçün geniş təhlükəsizlik tədbirləri görülüb, dəvətnamələr xüsusi qoruyucu işarələrlə hazırlanıb və 1000-dən çox qonağın iştirakı gözlənilir. Əraziyə çoxsaylı polis əməkdaşının cəlb olunduğu bildirilir.
Eyni zamanda, bəzi məşhurların plan dəyişiklikləri də diqqət çəkib. Aktrisa Mariska Hargitay-ın Brodvey çıxışını ləğv etməsi, kantri ifaçısı Kenny Çesnenin isə konsertlərini təxirə salması sosial şəbəkələrdə toyla əlaqələndirilib.
Qeyd edək ki, “Rolling Stone”, “Variety” və “New York Post” kimi nəşrlər hadisəni pop-mədəniyyətin ən böyük tədbirlərindən biri kimi qiymətləndirir.