Slovakiyanın milli təhlükəsizlik müşaviri Miroslav Layçak rəsmi bəyanat yayaraq vəzifəsindən istefa verdiyini elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, O, bu addımı Ceffri Epşteynlə bağlı qalmaqalın Baş nazir Robert Fiko üçün siyasi təzyiq vasitəsinə çevrilməsinin qarşısını almaq məqsədilə atdığını bildirib.
Layçak yazılı açıqlamasında hər hansı bir qanunsuz və ya qeyri-etik davranışda bulunmadığını vurğulayıb.
O, Epşteynin törətdiyi cinayətləri qətiyyətlə pisləyərək, aralarındakı yazışmaları "rəsmi olmayan, səthi və əhəmiyyətsiz" söhbətlər kimi xarakterizə edib.
Müşavir qeyd edib ki, istefa qərarı bir günahın etirafı deyil, sadəcə hökumət başçısının onunla əlaqəsi olmayan bir məsələyə görə siyasi bədəl ödəməsini istəməməsidir.
Baş nazir Robert Fiko isə "Facebook" sosial şəbəkəsi vasitəsilə paylaşdığı video müraciətdə Layçakın istefasını qəbul etdiyini təsdiqləyib. Fiko onu diplomatiya və xarici siyasət sahəsində son dərəcə təcrübəli və dəyərli bir kadr kimi qiymətləndirib.
Xatırladaq ki, "Epstein" istintaqı çərçivəsində ABŞ-nin keçmiş prezidenti Bill Klintonun da ifadə verəcəyi gözlənilir.