Operativ Məlumat Mərkəzi

“Sabah” ilk transferini açıqlayıb

1 dəq
Paylaş:
“Sabah” ilk transferini açıqlayıb
“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb. Klubun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən məlumata görə, Premyer Liqanın...

“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən məlumata görə, Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər