Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
01.04.2023 12:35
Aa
dəq

Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Əliyevlə qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində rüşvət qismində tələb etdiyi 35 min manat məbləğində pul vəsaitinin 12 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu