Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Real Madrid”in Xulian Alvares cəhdi

2 dəq
Paylaş:
“Real Madrid”in Xulian Alvares cəhdi

İspaniyanın nəhəng klubu ”nun argentinalı hücumçusu i heyətinə qatmaq üçün ciddi addım atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi oyunçu üçün 150 milyon avro təklif etsə də, “Atletiko” rəhbərliyi öz rəqibinə bu transferə icazə verməyib.

rəhbərliyi “Real Madrid”in bu niyyətindən əvvəlcədən xəbərdar olub. Klub prezidenti Florentino Peresin 150 milyon avroluq təklif planı barədə açıqlaması kataloniyalıların diqqətindən yayınmayıb.

“Barselona” düşərgəsində bu məbləğin məhz Alvares üçün nəzərdə tutulduğu dərhal başa düşülüb.

Bu vəziyyət “Barselona”nın planlarını çətinləşdirib. Belə ki, Kataloniya klubu hazırkı maliyyə imkanları ilə bu qədər yüksək məbləği bir transfer üçün xərcləməyə hazır deyil.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Transfermarkt” portalındakı bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Alvaresin “Atletiko” ilə hazırkı müqaviləsi isə 2030-cu ilə qədər qüvvədədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax