"Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda, dərhal vaksini vurulmalıdır"- Nazirlik

"Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda, dərhal vaksini vurulmalıdır"- Nazirlik
02.06.2023 11:15
Aa
dəq

"Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova deyib.

O qeyd edib ki, quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur.

"Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir", - şöbə müdiri vurğulayıb

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu