Fransanın PSJ klubu transfer bazarında böyük səs-küyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi "Brayton"un 22 yaşlı kamerunlu yarımmüdafiəçisi Karlos Baleba üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bu transferdə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"in də maraqlı olduğu bildirilir.