Prezident Macarıstanın Baş nazirini təbrik edib

Prezident Macarıstanın Baş nazirini təbrik edib
23.10.2023 11:46
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu