Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında enerji təhlükəsizliyi sahəsində beynəlxalq tərəfdaşlarla aparılan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Qara dəniz enerji kabeli layihəsinin marşrutu barədə məlumat verərək, infrastrukturun Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcəyini qeyd edib. Bununla yanaşı, Prezident Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də icra mərhələsində olduğunu diqqətə çatdırıb.