Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk

Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk
23.07.2024 11:24
Aa
dəq

Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb.

Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.

Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlət başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu