Prezident: "Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır"

Prezident: "Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır"
25.04.2023 15:15
Aa
dəq

Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Azərbaycan müstəqilliyinin bərpasından 3 ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi. Beləliklə, biz bu gün 21-ci əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır”, - dövlət başçısı vurğulayıb.

Həftənin ən çox oxunanları

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu