Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

1 dəq
Paylaş:
İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

İlham Əliyev Kralı Əlahəzrət VI Məhəmmədə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax