2025-ci ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin hamısı xərclənib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Layihədə qeyd edilib ki, ötən il büdcədən Milli Məclisində təmsil olunan, habelə parlamentə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların maliyyələşdirilməsinə 6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb. Bu, əvvəlki illə müqayisədə 20 % çoxdur.