Operativ Məlumat Mərkəzi

Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb

1 dəq
Paylaş:
Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb
{"az":"Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb. Bu barədə \"Operativ Məlumat Mərkəzi-OMM\"-ə Ailə, Qadın və Uşaq...","en":"","ru":""}

Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.

O xatırladıb ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb: "2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər