Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Nottingem Forest"in yeni baş məşqçi namizədi bəllidir

2 dəq
Paylaş:
"Nottingem Forest"in yeni baş məşqçi namizədi bəllidir

İngiltərə Premyer Liqasının təmsilçisi " " rəhbərliyi gözlənilməz qərarla baş Şon Dayç ilə yollarını ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dünən gecə "Vulverhempton"a qarşı qeydə alınan 0-0 hesablı heç-heçədən sonra klub rəhbərliyi bu səhər mütəxəssisin istefaya göndərildiyini rəsmən elan edib.

Hazırda turnir cədvəlində çətin günlər keçirən "Forest", aşağı liqaya düşmə zonasından cəmi 3 xal uzaqlıqdadır. Çempionatın sonuna cəmi 12 oyun qalmış komandanın göstərdiyi qeyri-sabit nəticələr rəhbərliyin radikal addımlar atmasına səbəb olub.

“BBC Sport”un yaydığı məlumata görə, klub rəhbərliyi vaxt itirmədən boş qalan baş məşqçi postuna təyinat həyata keçirmək niyyətindədir. Əsas hədəf portuqaliyalı mütəxəssis Vitor Pereiradır. Artıq bu gün tərəflər arasında rəsmi danışıqlara başlanılıb.

Qeyd edək ki, Pereira "Forest"in sahibi Marinakisə yad sima deyil. O, daha əvvəl Marinakisin digər olan "Olimpiakos"da uğurla çalışıb ki, bu da onun namizədliyini ön plana çıxaran əsas amildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax