Operativ Məlumat Mərkəzi

NİİM sürücülərə müraciət edib

1 dəq
Paylaş:
NİİM sürücülərə müraciət edib
bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Belə ki, bu il sentyabrın 15-də məktəb və...

Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub. Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı marifləndirici videoçarxı təqdim edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər