raziliya millisinin hücumçusu Neymarın səhhətində problemlər yaranıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
Neymar zədələnərək meydanı göz yaşları içində tərk edib
Mənbənin məlumatına görə, futbolçu mayın 17-də Braziliya çempionatında “Koritiba”ya qarşı keçirilən oyunda zədələnib. Bildirilib ki, Neymarın sağ baldır əzələsində şişkinlik aşkarlanıb.
Qeyd edək ki, Neymar iştirak etdiyi hər üç dünya çempionatında zədələrlə üzləşib. O, 2022-ci ildə Serbiyaya qarşı qrup mərhələsi matçında zədələnmişdi.
2018-ci ildə isə futbolçu sağ ayağındakı zədə səbəbindən uzun müddət müalicə almış və mundiala tam hazır vəziyyətdə qatıla bilməmişdi.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Neymar üçüncü bel fəqərəsini sındırdığı üçün Almaniyaya qarşı yarımfinal oyununu buraxmışdı. Həmin görüşdə Braziliya 1:7 hesabı ilə məğlub olmuşdu.
34 yaşlı hücumçu 2023-cü ildən etibarən Braziliya millisində meydana çıxmayıb. Neymar milli komanda ilə Olimpiya Oyunlarında qızıl və gümüş medal qazanıb, Konfederasiyalar Kubokunun qalibi olub və Copa America-nın finalına yüksəlib.
O, Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda 79 qol vuraraq komandanın ən məhsuldar futbolçusu rekordunu əlində saxlayır.