Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qüsursuz təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində liderlərin sammitində bildirib.
Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır.
"Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.