Milli Məclisin iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.