Masallı sakinindən 7 kiloqrama yaxın marixuana aşkarlanıb

Masallı sakinindən 7 kiloqrama yaxın marixuana aşkarlanıb
03.08.2023 08:52
Aa
dəq

Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanılıb.

Onun sərnişin kimi əyləşdiyi "Vaz" markalı avtomobilə keçirilən baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E. Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu