Hollivud aktyoru Mark Ruffalo ABŞ Prezidenti Donald Trampı tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Qisasçılar” film franşizasında Hulk rolu ilə tanınan aktyor bu fikirləri “Qızıl Qlobus” mükafatının qırmızı xalçasında verdiyi müsahibədə səsləndirib.
“The Independent” qəzetinin məlumatına görə, Ruffalo ABŞ Prezidentini “dünyanın ən pis adamı” adlandıraraq onun Venesueladakı siyasətini tənqid edib. Aktyor həmçinin Donald Trampı biznes sənədlərini saxtalaşdırmaqda və cinsi təcavüz iddialarında günahlandırıb.