Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
11.09.2024 07:53
Aa
dəq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

Həftənin ən çox oxunanları

Prezident ŞAD XƏBƏR VERDİ

Prezident ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür
DAVAMIN OXU davamın oxu

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
DAVAMIN OXU davamın oxu

Suqovuşan və Talışın azadlığından 4 il ötür!

Suqovuşan və Talışın azadlığından 4 il ötür!
DAVAMIN OXU davamın oxu

Yenidən atəşkəs pozuldu, bölmələrimiz... - MN TƏCİLİ MƏLUMAT YAYDI

Yenidən atəşkəs pozuldu, bölmələrimiz... - MN TƏCİLİ MƏLUMAT YAYDI
DAVAMIN OXU davamın oxu