Azərbaycan və Serbiya regionlararası konnektivlikdə mühüm rol oynayır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabında paylaşım edib.
Hikmət Hacıyev Azərbaycanla Serbiyanı strateji tərəfdaşlar adlandırıb.
"Orta güc" sayılan Azərbaycanla Serbiya həm də regionlararası əməkdaşlıqda mühüm rol oynayır. Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda, Serbiya isə Balkanlarda yerləşir.
Zəngəzur dəhlizi və ya TRIPP təşəbbüsü Xəzər dənizi - Mərkəzi Asiya və Balkan regionları arasında konnektivliyi gücləndirmək üçün əlverişli fürsətlər yaradır", - Prezidentin köməkçisi qeyd edib.