Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:
"İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF".