Mitropolit Şio (Elizbar Muciri) Gürcüstanın yeni Patriarxı təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pravoslav Jurnalistlər İttifaqı (UOJ) özünün teleqram kanalında məlumat yayıb.
Onun lehinə 22 yepiskopun səs verdiyi bildirilib.
Şiodan başqa patriarxal taxt-tac üçün daha iki namizəd var idi: Poti və Xobi mitropoliti Qriqol (Berbiçaşvili) və Urbnisi və Ruisi mitropoliti İob (Akiaşvili).
Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi kilsəyə yarım əsrə yaxın rəhbərlik etmiş bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın martın 17-də vəfatından sonra baş tutub.