İran martın 1-də ABŞ və İsrailin mövqelərinə hava hücumu təşkil edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkədəki "X" hesabında yazıb.
O, İranın fevralın 28-də reallaşdırdığı hücumunu da xatırladaraq bəyan edib:
"Dünən İran ABŞ və İsrailə raketlər atdı və onlara ziyan vurdu. Bu gün biz onlara əvvəllər heç üzləşmədikləri güclə zərbə endirəcəyik".