Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi

2 dəq
Paylaş:
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin çox mühüm bir səfər idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev Münxendə " 24" telekanalının müxbirinə müsahibəsində deyib.

"Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.

Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, rabitə, , investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb", - İlham Əliyev əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax