İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb

İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb
18.03.2023 10:21
Aa
dəq

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, 57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın İranın ərazisində olan diplomatik nümayəndəliklərin mühafizəsini təmin etməyə çağırılır.

Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Həftənin ən çox oxunanları

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək
DAVAMIN OXU davamın oxu

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu