Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi Bakı Olimpiya Stadionundan paylaşdığı videonun üzərində qeyd edib:
"Artan qlobal gərginliklər və münaqişələr fonunda Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır. Dünyanın hər yerindən iştirakçıları bir araya gətirən WUF13 rəsmi olaraq öz işinə başlamışdır".