Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Almaniya Hörmüzə hərbi gəmi göndərir

2 dəq
Paylaş:
Almaniya Hörmüzə hərbi gəmi göndərir

mina əleyhinə gəmisini boğazında yerləşdirmək üçün dənizinə göndərəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Almaniyanın Boris Pistorius Almaniyanın "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.

Pistoriusun sözlərinə görə, Almaniya qüvvələrinin xaricdə istənilən yerləşdirilməsi yalnız Bundestaqın mandatı olduğu halda mümkündür. Bununla əlaqədar, hadisələrə reaksiya müddətini qısaltmaq üçün hərbi dəniz bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarı verilib.

"Biz Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcəyik və ona komandanlıq-təchizat gəmisi ayıracağıq. Hörmüz boğazı bölgəsində dəstəyi təmin etmək üçün tərəfdaşlarla koordinasiyalı şəkildə digər regionlardakı öhdəliklərin bir hissəsini müvəqqəti olaraq yenidən bölüşdürəcəyik", - nazir deyib.

Onun sözlərinə görə, bu, müvafiq siyasi qərar qəbul edildiyi təqdirdə mümkün yerləşdirilməni sürətləndirməyə imkan verəcək.

Nazir qeyd edib ki, daha əvvəl Qırmızı dənizdə Avropa İttifaqının "Aspides" hərbi dəniz missiyasının hazırlığı zamanı da analoji yanaşma tətbiq edilib, o zaman gəmilər rəsmi təsdiqdən əvvəl yerləşdirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax