2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.
Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradipou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.
Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.