Operativ Məlumat Mərkəzi

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir

1 dəq
Paylaş:
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir
tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər....

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.

İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.

Forum çərçivəsində “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı Azərbaycan məhsullarının sərgisi də təşkil olunacaq.

Forumun məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər