İranın Müvəqqəti Rəhbərlik Şurasının üzvü Aytullah Arafi təyinatından sonra ilk dəfə mətbuata açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Arafi çıxışında regional gərginliyə və ölkənin daxili idarəçiliyinə toxunub.
Aytullah Arafi bildirib ki, ABŞ və İsrail müəyyən hücumlar təşkil etməklə böyük bir "hesab səhvi" ediblər.
O, ölkənin müdafiə qabiliyyətinin yüksək olduğunu vurğulayıb:
“Ekspertlər Məclisi yeni liderin seçilməsi prosesini sürətləndirmək üçün dərhal hərəkətə keçəcək. Yeni rəhbər seçilənə qədər Müvəqqəti Rəhbərlik Şurası mütəmadi iclaslar keçirərək dövlət işlərini idarə edəcək. Ölkənin bütün strukturları xalqın və silahlı qüvvələrin xidmətindədir”.
Şura üzvü həmçinin İran xalqına və ordusuna müraciət edərək, dövlətin bütün gücü ilə onların arxasında olduğunu və sabitliyin qorunacağını əminliklə ifadə edib.