Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Qeyd edək ki, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.