Operativ Məlumat Mərkəzi

Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib

1 dəq
Paylaş:
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri Azərbaycana gəlib
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və...

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər