Operativ Məlumat Mərkəzi

Bayramda sərnişindaşımada rekord göstərici

1 dəq
Paylaş:
Bayramda sərnişindaşımada rekord göstərici
Koronavirus pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımada rekord göstərici qeydə alınıb. Yerüstü Nəqliyyat...

Koronavirus pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımada rekord göstərici qeydə alınıb.

Yerüstü Nəqliyyat Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, martın 18-də avtovağzaldan 473 reyslə 15 min 240 sərnişin yola salınıb.

Bayram günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 3 qat çox olub. Ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib, 92 min 925 sərnişin mənzil başına çatdırılıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər