"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi üçün səylərini davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kataloniya klubu Madrid təmsilçisi ilə yeni danışıqlar mərhələsinə başlamağı planlaşdırır. "Barselona" artıq futbolçu üçün rəsmi təklif göndərib.
Klub prezidenti Xuan Laporta təklifi "çox yaxşı" kimi qiymətləndirsə də, "Atletiko"nun mövqeyi hələlik dəyişməyib. İnsayder Fabritsio Romanonun məlumatına görə, "Barselona" rəhbərliyi gələn həftə transferin detalları ilə bağlı yenidən Madrid klubu ilə əlaqə saxlayacaq.
Məlumata görə, Alvares özü karyerasını "Barselona"da davam etdirməkdə maraqlıdır. Bununla belə, transfer baş tutmasa, argentinalı futbolçunun "Arsenal"a keçidi də mümkün variant kimi qalır.