Bakının Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aidiyyəti qurumun aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşana qədər 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.