Bakıda dünya alimlərinin iştirakı ilə seysmoloji vəziyyətlə bağlı beynəlxalq konqres keçiriləcək

Bakıda dünya alimlərinin iştirakı ilə seysmoloji vəziyyətlə bağlı beynəlxalq konqres keçiriləcək
20.04.2023 11:12
Aa
dəq

Bakıda “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beynəlxalq tədbir aprelin 26-da Azərbaycan Memarlıq ve İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə baş tutacaq.

2 gün davam edəcək konqresdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak edəcəklər.

Konqresin plenar iclasında dünyanın qabaqcıl elm adamları ilə yanaşı, Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada iştirak edəcək. Akira Wada plenar iclasda “Seysmik İzolyasiya Yastıqları və Sönüm Cihazları üçün Yeni Yüksək Performanslı Dinamik Sınaq Təsisi” mövzusunda məruzə ilə çıxış edəcək.

Bundan əlavə, konqresdə ABŞ-nın Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və Struktur Sağlamlığa Nəzarət Texnologiyasında Son Nailiyyətlər”, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə “Yeni Struktur Seysmik İzolyasiya Sistemi” mövzusunda məruzə ilə çıxış edəcəklər.

Eyni zamanda, Kanada British Kolumbiya Universitetinin professoru, zəlzələ araşdırma mərkəzinin direktoru Carlos E. Ventura, Türkiyənin Boğaziçi Universitetinin fəxri professoru Mustafa Erdik, İtalya Casaccia Araşdırma Mərkəzinin direktoru, professor Paulo Clemente, Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Haluk Sucuoğlu və digər nüfuzlu alimlər də məruzə ilə çıxış edəcəklər.

AERS 2023 Beynəlxalq Konqresinin məqsədi Zəlzələ Mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud İnşaat Norma ve Qaydalarında Zəlzələ Mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarətdir.

Konqresin nəticəsi olaraq Fəlakətsiz Zəlzələ Mühəndisliyi “Mühəndislər layihə və tikintidə səhv etməsələr, zəlzələlər fəlakət deyil” şüarının mühəndislikdə tətbiqi, məruzə və elmi məqalələrin beynəlxalq Springel yayın evinde (İsveçre) və “Elmi Əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi, Azərbaycan Memarlıq İnşaat Universiteti ilə dünyanın aparıcı ölkələrinin zəlzələ mühəndisliyi üzrə elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin icrası, Qurğular Dinamikasında Fəlakətsiz Zəlzələ Mühəndisliyi (Non-Disaster Earthquake Engineering in Structural Dynamics) Beynelxalq jurnalının təsisi və dərc edilməsi planlaşdırılır.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu