Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb

2 dəq
Paylaş:
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə üzrə Dövlət Komissiyasının həmsədrləri – Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticarət, -tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Xüsusilə sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.

Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə