Operativ Məlumat Mərkəzi

Azərbaycanda əhalinin sayı açıqlanıb

1 dəq
Paylaş:
Azərbaycanda əhalinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

"Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub

Bu xəbəri paylaş

Oxşar xəbərlər