Operativ Məlumat Mərkəzi

Azərbaycana payız fəsli daxil olub

1 dəq
Paylaş:
Azərbaycana payız fəsli daxil olub

Bu gün saat 10:49:56-da Azərbaycana payız fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır.

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. ​

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər