Azərbaycan Gürcüstanla sərmayələrin təşviqini müzakirə edib

Azərbaycan Gürcüstanla sərmayələrin təşviqini müzakirə edib
29.09.2023 14:09
Aa
dəq

Azərbaycan Gürcüstanla sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Gürcüstana səfərim çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artımı, sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - nazir qeyd edib.

Həftənin ən çox oxunanları