"BQ" ASC nizamnamə kapitalını 51 dəfə (və ya 200 500 manat) artıraraq, mövcud 4 010 manatdan 204 510 manata çatdırmağı planlaşdırır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd yeni səhm buraxılacaq.
Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" OSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, "BQ" 2016-cı ildə yaradılıb, səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.