Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda faktiki hava: Rayonlarda şimşək çaxır, leysan yağır

1 dəq
Paylaş:
Azərbaycanda faktiki hava: Rayonlarda şimşək çaxır, leysan yağır

Ölkə ərazisinin rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə xarakterlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qeyd edilib ki, saat 12:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax