Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Belə ki, bu qayda 30 gün müddətini əhatə edir.
Qeyd edək ki, WUF13 17-22 may tarixində Bakıda keçiriləcək.