2025-ci il üzrə Azərbaycan üç yeni kredit sazişi üzrə ümumilikdə 233,8 milyon ABŞ dolları ekvivalentində (təsdiq olunduğu günə olan məzənnəyə uyğun, 397,5 milyon manat) xarici dövlət borcalmaları həyata keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, il ərzində "Azərenerji" ASC-yə 173,5 milyon ABŞ dolları (295 milyon manat ekvivalentində) məbləğində dövlət zəmanəti verilib.